Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (25 fevral)

Türkiyədə yeni tip korona virusundan (Covid-19) 73 nəfər dünyasını dəyişib.

1590866
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (25 fevral)

Türkiyədə yeni tip koronavirusdan (Covid-19) 73 nəfər dünyasını dəyişib. Bununla epidemiya başlanandan bu yana həyatını itirənlərin sayı 28 min 258 olub.  

Ölkədə gün ərzində 126 min 527 nəfər testdən keçirilib. Onlardan 9 min 572 nəfərdə virus əlaməti aşkarlanıb, 658 nəfər müalicəyə cəlb olunub. 

Müalicəsi tamamlanan 6 min 210 nəfərlə, sağalanların sayı 2 milyon 546 min 503 nəfərə yüksəlib.

Digər tərəfdən, səhiyyə naziri Fəxrəddin Koca Elmi Komitənin yığıncağından sonra verdiyi açıqlamada deyib ki, artıq qlobal epidemiyanın sosial təsirləri və normallaşma sahəsində yeni prosese daxil oluruq. Peyvəndlənmədə təqribən 1,5 milyonu ikinci doza olmaqla 8 milyon nəfər vaksinləndi.



Әlaqәli Xәbәrlәr