Yaxınlarda Türkiyə-Azərbaycan arasında şəxsiyyət vəsiqəsilə səyahətlər başlanacaq

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib...

1589370
Yaxınlarda Türkiyə-Azərbaycan arasında şəxsiyyət vəsiqəsilə səyahətlər başlanacaq

 

  Fevralın 23-də Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

  Görüşdən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə birgə mətbuat konfransı təşkil edilib.

  Əvvəlcə nazirlər görüşün protokolunu imzalayıblar.

  Sonra nazirlər üçtərəfli görüşün yekunları ilə bağlı fikirlərini bölüşüblər.

  Nazir Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü ilə bağlı “twitter” hesabından etdiyi paylaşmada Azərbaycanla əməkdaşlıq imkanlarını və Dağlıq Qarabağdakı son prosesləri müzakirə etdiklərini bildirərk yazıb: "Azad edilən torpaqların abadlığı və inkişafı üçün dəstək verməyə davam edəcəyik. Yaxınlarda şəxsiyyət vəsiqəsilə səyahətlər başlanacaq."



Әlaqәli Xәbәrlәr