"Qəbul etdikləri bir neçə yüz mühaciri reklam olaraq istifadə edənlər..." R.T.Ərdoğan

İzmir Doqquz Eylül Universitetinin "Köç: önümüzdəki 20 ilin layihəsi və sonrası" başlıqlı beynəlxalq konfransda çıxış edən R.T.Ərdoğan sözügedən mövzu ilə bağlı bunları söyləyib...

1588607
"Qəbul etdikləri bir neçə yüz mühaciri reklam olaraq istifadə edənlər..." R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: "Qəbul etdikləri bir neçə yüz mühaciri reklam olaraq istifadə edənlər insan həyatı ilə bağlı bu böhran zamanında da məsuliyyət hissi keçirmirlər", - dedi.

  İzmir Doqquz Eylül Universitetinin "Köç: önümüzdəki 20 ilin layihəsi və sonrası" başlıqlı beynəlxalq konfransda çıxış edən R.T.Ərdoğan sözügedən mövzu ilə bağlı bunları söyləyib: "Dünya üzrə immiqrantların sayı 272 milyona, yerlərindən edilən insanlar 80 milyona, mühacirlər isə 26 milyona yaxınlaşıb. Yəni dünya əhalisinin 3 faizi immiqrant olaraq həyatını davam etdirir.

  Avropa İttifaqı Yunanıstana 100 min sığınmacı üçün 3 milyard avro verərkən Türkiyədəki 4 milyon didərginə çatınca əlini daşın altına qoymadı. Maddi imkanları bizdən qatbaqat çox olan ölkələr mühacirləri toplama düşərgələrinə məhkum edərkən biz bu insanlarla çörəyimizi paylaşdıq.

  Mühacirlərlə bağlı insanlıq yalnız Aralıq dənizində deyil, Egey dənizi və Meriç çayında da batmışdır.  

  Qəbul etdikləri bir neçə yüz mühaciri reklam olaraq istifadə edənlər insan həyatı ilə bağlı bu böhran zamanında da məsuliyyət hissi keçirmirlər.

  Amerika Birləşmiş Ştatlarının isə qaçqınlara sahib çıxmaq kimi bir dərdi olmadı bir yana, üstəlik hələ terror və terrorçularla birlikdə oldu. Biz heç kimsəyə baxmadan terror yuvalarını məhv edə bilmişiksə, hücumları sürdükcə digər bölgələrə də addım atmaqdan çəkinmərik.

  Dostlara dost olduqları zaman könlümüzü açarıq. Amma olmazlarsa, bu günə qədər nə etdiksə, bundan sonra da onu edərik."



Әlaqәli Xәbәrlәr