Ərdoğan ilə Ruhani arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

1587878
Ərdoğan ilə Ruhani arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, prezidentlər iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və digər sahələr üzrə ikitərəfli münasibətlər və regional prosesləri müzakirə ediblər.

Prezident Ərdoğan Türkiyə-İran əlaqələrinin gücləndirilməsi istiqamətində həmfikir olduqlarını bildirib.

ABŞ-ın yeni rəhbərliyindən İrana qarşı tətbiq edilən sanksiyalardan imtina etmələrini istədiklərini deyən dövlət başçısı son bir neçə gündə bu mövzuda yayılan bəyanatların yeni bir fürsət pəncərəsi açdığını vurğulayıb və bildirib ki, Hərtərəfli Birgə Fəaliyyət Planının yenidən fəaliyyətə keçməsi nöqtəsində bütün tərəflərin görüşmələri ən doğru yoldur və bütün çətinliklərə baxmayaraq dialoq qapılarını açıq saxlamağı vacibdir.



Әlaqәli Xәbәrlәr