"Biz Cudidə varıq, Qabarda varıq, Tendürekdə varıq, Bəslərdə varıq..." R.T.Ərdoğan

Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri R.T.Ərdoğan partiyanın VII İzmir Rayon Konqresində çıxış edərək deyib

1588461
"Biz Cudidə varıq, Qabarda varıq, Tendürekdə varıq, Bəslərdə varıq..." R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terrora qarşı mübarizə ilə bağlı: "Harada terrorçu varsa, orada biz də varıq", - deyə vurğuladı.

  Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri R.T.Ərdoğan partiyanın VII İzmir Rayon Konqresində çıxış edərək deyib: "Ordularıyla bu əziz Vətəni işğal edə bilməyəcəklərini görənlər başqa vasitələrlə dövrəyə giriblər. Terror bu vasitələrin ən qanlısı, ən zalımıdır.

  Hakkari terrorun ağrısını ən çox çəkən rayonlarımızdan biridir.

  İzmirdə terror hücumları səbəbindən Şərqi və Cənubi-Şərqi Anadolu bölgələrindən köç edən çox sayda vətəndaşımız yaşayır. PKK terror təşkilatının əxlaqsız və vicdansız üzünü ən yaxşı onlar bilir.

  Biz Cudidə varıq, biz Qabarda varıq, biz Tendürekdə varıq, biz Bəslər dərəsində varıq. Harada terrorçu varsa, biz də orada varıq. Oraları onlara məzar edirik.”

 



Әlaqәli Xәbәrlәr