TBMM-nin sədri Mustafa Şentop Azərbaycanın Baş naziri Əli Əsədovla görüşüb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Ankarada səfərdə olan  Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşüb.

1586476
TBMM-nin sədri Mustafa Şentop Azərbaycanın Baş naziri Əli Əsədovla görüşüb
Şentop-Esedov-2

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Ankarada səfərdə olan  Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşüb.

Məclis sədri Mustafa Şentop görüşdə bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri Türkiyədə böyük qürur və coşqu ilə qarşılanıb. Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin Vətən müharibəsindən sonra irəli sürdüyü yeni regional əməkdaşlıq təşəbbüsünü dəstəkləyir.

Mustafa Şentop vurğulayıb ki, yeni nəqliyyat dəhlizlərinin, Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması və gələcəkdə atılacaq digər addımlar muxtar respublikanın strateji önəmini daha da artıracaq.

Azərbaycanın Baş naziri Əli Əsədov da Türkiyənin 44 günlük Vətən müharibəsinin ilk anlarından Azərbaycanın yanında olmasını minnətdarlıq hissi ilə qeyd edib. Baş nazir bildirib ki, işğaldan azad edilən torpaqlarda bərpa işləri başlayıb, bu bölgə dünyanın ən gözəl guşələrindən birinə çevriləcək və Türkiyə şirkətləri bu prosesdə ön sıralardadır.

Əli Əsədov, həmçinin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin uğurla fəaliyyət göstərdiyini bildirib. Baş nazir vurğulayıb ki, dövlətlərimizin başçıları iki ölkə arasındakı ticarət həcminin 2023-ildə 15 milyard dollara çatdırılmasını strateji hədəf kimi müəyyənləşdiriblər. Azərbaycan və Türkiyə hökumətləri, özəl sektorun nümayəndələri bu hədəfin reallığa çevrilməsi üçün mövcud potensialdan istifadə etməlidirlər.



Әlaqәli Xәbәrlәr