Terror aktı törətməyə hazırlaşan 4 terrorçu həbs edilib

"Zeytun budağı" əməliyyatı bölgəsində terror aktı törətməyə hazırlaşdığı aşkarlanan bölücü terror təşkilatı YPG/PKK üzvü ilə təşkilatla əlaqədə olan 3 təşkilat mənsubu saxlanılıb.

1584716
Terror aktı törətməyə hazırlaşan 4 terrorçu həbs edilib

Türkiyənin Hatay vilayətində "Zeytun budağı" əməliyyatı bölgəsində terror aktı törətməyə hazırlaşdığı aşkarlanan bölücü terror təşkilatı YPG/PKK üzvü ilə təşkilatla əlaqədə olan 3 təşkilat mənsubu saxlanılıb. 

Hatay Valiliyinin bəyanatına görə, VilayətJandarma Komandanlığı Terrorla Mübarizə Şöbəsinin qrupları "Zeytun budağı" əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələri mənsubları, Suriya Milli Ordusu və mülki şəxslərə qarşı bombalı hücuma hazırlaşdığı aşkarlanan YPG/PKK  mənsubu bir terrorçu Dörtyol  qəsəbəsində yaxalınıb.

Terrorçunun dindirilməsindən sonra onunla təmasda olduğu və Dörtyol rayonunda yaşayan YPG/PKK-nın üç terrorçu üzvü eyni vaxtda təşkil edilən əməliyyatda saxlanılıb.

Prosedurlarından sonra ədliyyəyə aparılan 4 nəfər, "silahlı terror təşkilatına üzv olduqları" üçün həbs edilib.



Әlaqәli Xәbәrlәr