PKK-nın mağarada 13 mülki şəxsi qəddərcasına şəhid etməsinə sərt reaksiya göstərilib

İraqın şimalındakı Qarada "Pəncə-Qartal-2" əməliyyatı bölgəsində terror təşkilatı PKK-nın mağarada 13 mülki şəxşi qəddərcasına şəhid etməsinə sərt reaksiya göstərilib.

1583182
PKK-nın mağarada 13 mülki şəxsi qəddərcasına şəhid etməsinə sərt reaksiya göstərilib

İraqın şimalındakı Qarada "Pəncə-Qartal-2" əməliyyatı bölgəsində terror təşkilatı PKK-nın mağarada 13 mülki şəxşi qəddərcasına şəhid etməsinə sərt reaksiya göstərilib. 

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop terror təşkilatı PKK tərəfindən şəhid edilən 13 mülki şəxsə Allahdan rəhmət diləyib.

Şentop sosial media hesabında bu ifadələri paylaşıb:

"İraqın Qara bölgəsindəki qatil terror təşkilatı tərəfindən qəddarcasına şəhid edilən 13 mülki şəxsin cəsədləri bir mağarada tapıldı. Vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm. Terror təşkilatına və onlara dəstək verənlərə lənət olsun. Millətimizin başı sağ olsun".

Prezidentin köməkçisi Fuat Oktay da mesajında qəddarcasına ​​şəhid edilən mülki şəxslərə Allahdan rəhmət, ailələrinə səbr və başsağlığı diləyib.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Pəncə-Qartal-2" əməliyyat bölgəsində şəhid olan 13 mülki şəxs üçün başsağlığı verdiyi paylaşımında yazıb:
"Qəhrəman əsgərimizin qarşısına çıxa bilməyən qorxaq terror təşkilat 13 günahsız vətəndaşımızı xaincəsinə öldürüb. Şəhidlərimizə Allahdan rəhmət, millətimizə və ailələrinə başsağlığı diləyirik".

Prezident Aparatının sözçüsü İbrahim Kalın "Pəncə-Qartal-2" əməliyyatı bölgəsində şəhid edilən 13 mülki şəxslə əlaqəli "Twitter" hesabında ingilis dilində etdiyi paylaşımında terror təşkilatı PKK-nın İraqın Qara bölgəsində bir mağarada 13 mülki şəxsi öldürdüyünü vurğulayıb. 

PKK-nın Türkiyə və İraq təhlükəsizlik qüvvələrinə və mülki vətəndaşlara hücum etdiyinə və Suriyanın şimalında da terror hücumlarına davam etdiyini ifadə edən Kalın paylaşımında "Dünya susur. Bu səssizlik utancverici bir cinayət tərəfdaşlığıdır, amma susmayacağıq" ifadələrini işlədib.

Prezident Aparatı Mətbuat xidməti katibi Fahrettin Altun sosial media hesabındakı yazısında şəhidlərin qanının yerdə qalmadığını bildirərək, başsağlığı verib və terrorun kökü kəsilənədək mübarizənin davam edəcəyini vurğulayıb.
Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik də verdiyi açıqlamada "PKK terror təşkilatı yenidən bir cinayət şəbəkəsi olduğunu nümayiş etdirdi. 13 günahsız vətəndaşı vəhşicəsinə qətlə yetirdi. Qəhrəman əsgərlərimiz bu mənfur qətl şəbəkəsinə lazımi cavabı verirlər. 13 günahsız vətəndaşın öldürülməsi bütün insanlığa bir hücumdur. Həm ölkəmizin təhlükəsizliyini qorumaq, həm də bu cinayət şəbəkəsi ilə insanlıq adına mübarizəmizi davam etdirəcəyik" deyib.



Әlaqәli Xәbәrlәr