Prezident Aparatının Təhlükəsizlik və Xarici Siyasətlər Şurası yığıncaq keçirib

Prezident Aparatının Təhlükəsizlik və Xarici Siyasətlər Şurası fevralın 10-da Prezident Aparatı sözçüsü və Şuranın müvəqqəti sədri İbrahim Kalın başçılığında yığıncaq keçirib.

1581488
Prezident Aparatının Təhlükəsizlik və Xarici Siyasətlər Şurası yığıncaq keçirib

Prezident Aparatının Təhlükəsizlik və Xarici Siyasətlər Şurası fevralın 10-da Prezident Aparatı sözçüsü və Şuranın müvəqqəti sədri İbrahim Kalın başçılığında yığıncaq keçirib. 

Yığıncaqda Türkiyə-ABŞ əlaqələri, Liviyadakı son vəziyyət, Şərqi Aralıq dənizi, Avropa İttifaqı (Aİ) əlaqələri və xarici siyasətdəki aktual mövzular müzakirə edilib.

Yığıncaqda yeni dövrdə Türkiyə-ABŞ münasibətlərinin gündəmində olan məsələlərə dair siyasət variantları müzakirəyə çıxarılıb.

Bundan əlavə, Liviyada ilin axırında keçirilməsi gözlənilən seçkilərə qədər vəzifə yerinə yetirməyi qərara alan müvəqqəti hökumədən duyulan məmnunluq dilə gətirilib, Liviyada davamlı sülh və sabitliyi təmin edəcək siyasi həll prosesinə Türkiyənin mümkün töhfələri mövzusunda fikir mübadiləsi aparılıb. 

Yığıncaqda Türkiyənin Şərqi Aralıq dənizindən sülh və ədalətli bir paylaşmadan tərəf olduğu vurğulanaraq, hüquq və maraqlarını qorumaq nöqtəsindəki qətiyyətli mövqeyi təsdiqlənib.

Ayrıca Türkiyə ilə Yunanıstan arasında davam edən tədqiqat məqsədli danışıqların gedişatı müzakirə edilib, Türkiyənin konstruktiv mövqeyinə cavab verilməsinin vacibliyi vurğulanıb.

Yığıncaqda o da qeyd edilib ki,  Türkiyə-Aİ  əlaqələrində strateji prioritetlər, birgə baxış və maraqlar istiqamətində əməkdaşlığı artıracaq konkret addımlar atılması böyın əhəmiyyət daşıyır. 

Ayrıca Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömer Fatih Sayan tərəfindən "Türkiyənin Milli Kiber Təhlükəsizlik Araşdırmaları" başlıqlı təqdimat olub.

Təqdimatda mümkün olan kiber hücumlara qarşı Türkiyənin müdafiə qabiliyyəti və bu sahədəki yeniliklər Şuranın üzvlərilə paylaşılıb.



Әlaqәli Xәbәrlәr