XİN: Türkiyənin daxili işlərinə müdaxilə etməyə cəhd etmək heç kəsin həddi deyildir

Türkiyənin daxili işlərinə müdaxilə etməyə cəhd göstərmək heç kəsin həddi deyildir.

1577029
XİN: Türkiyənin daxili işlərinə müdaxilə etməyə cəhd etmək heç kəsin həddi deyildir

Türkiyənin daxili işlərinə müdaxilə etməyə cəhd etmək heç kəsin həddi deyildir. 
Bunu Xarici İşlər Nazirliyi İstanbuldakı Boğaziçi Universitetində baş verən hadisələrə dair yayılan bəzi bəyanatlarla əlaqədar verdiyi açıqlamada bildirib. 

Xarici İşlər Nazirliyinin açıqlamasında Türkiyədə toplantı və nümayiş keçirmə haqqı ilə ifadə azadlığının konstitusiya ilə zəmanət altına alındığı vurğulanıb.

Açıqlamada təhlükəsizlik qüvvələrinin bu günə qədər hər hadisədə olduğu kimi qanunla verilən səlahiyyət ilə vəzifələrini və öhdəliklərini yerinə yetirməyə davam edəcəyinə diqqət çəkilib və bildirilib ki, universitet xaricindən və terror təşkilatına bağlı dairələrin sızma və təhrik cəhdləri aşkar edildi və etiraz etmək hüququnu aşan bu qanunsuz hərəkətlərə qarşı qanunlarımız çərçivəsində lazımlı və nisbətli tədbirlər görülür. Qanunsuz yollara üz tutan qrupları təhrik edən və qanunsuz hərəkətləri təşviq edən dildən istifadə edilməməsi barədə bu dairələri xəbərdar edirik deyilərək yaxın dönəmdə "inkişaf" etmiş demokratiya olaraq adlandırılan bir çox ölkələrdə rəhbərliklər əleyhinə ən kiçik bir etariza qarşı belə günahsız və mülki vətəndaşlara qarşı təhlükəsizlik qüvvələrinin nisbətsiz zorakılıq görüntüləri hələ də yaddaşlarda qalıb. Boğaziçi Universitetində baş verən hadisələri və Türkiyədənin bu hadisələrə qarşı qanun çərçivəsində aparıldığı mübarizəni görməməzlikdən gələrək Türkiyəyə demokratiya və hüquq dərsi vermək istəyənlərə güzgüyə baxmalarını tövsiyə edirik.

Açıqlamada Türkiyənin konstitusiyada zəmanət altına alınan təməl hüquqların olduğunu və azadlığın qorunması iradəsini reallaşdırdığı və bunu islahatlarla ortaya qoyduğu ifadə edilərək, bununla yanaşı terror təşkilatları və terrorçularla əlaqəsi olan dairələrdəki sui-istifadələrə qarşı mübarizəsini davam etdirməkdə də qətiyyətli olduğu vurğulanıb.



Әlaqәli Xәbәrlәr