DEAŞ-ın “dırnaqarası təhsil nazirinin müavini” Sakaryada tutulub

Terror təşkilatı DEAŞ-ın "dırnaqarası təhsil nazirinin müavini" İordaniya əsilli terrorçu Sakarya tutulub.

1576491
DEAŞ-ın “dırnaqarası təhsil nazirinin müavini” Sakaryada tutulub

Terror təşkilatı DEAŞ-ın "dırnaqarası təhsil nazirinin müavini" İordaniya əsilli terrorçu Sakarya tutulub.

Daxili İşlər Nazirliyinin bəyanatına görə, Polis İdarəsi Kəşfiyyat Müdirliyi və Terrorla Mübarizə Departamentinin (TEM) koordinasiyasında terror təşkilatı DEAŞ-a qarşı həyata keçirilən əməliyyatlarda terror təşkilatı mənsubu İordaniya əsilli A.Z.A.A.D-nın Sakaryada olduğu aşkarlanıb.

Keçirilən əməliyyat nəticəsində tutulan terrorçunun DEAŞ terror təşkilatının 2014-2017-ci illər arasında İraq və Suriyada hakim olduğu bölgələrdəki bütün təhsil müəssisələrindən məsul "qondarma təhsil nazirinin müavini" kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

Terrorçunun eyni bölgələrdə əsir götürdüyü insanları vəhşicəsinə öldürdüyü və bu hərəkətlərin görüntülərini təşkilat təbliğatı üçün sosial şəbəkələrdə yayımladığı bildirilib.

Polis bölməsindəki işlərindən sonra ədliyyəyə göndərilən terrorçu həbs olunub.



Әlaqәli Xәbәrlәr