Hulusi Akar Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətləri barədə məlumat alıb

Milli Müdafiə naziri Hulusi Akarın rəhbərliyində, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülər və digərlərinin iştirakı ilə videokonfrans formatında iclas keçirilib.

1575310

Milli Müdafiə Nazirliyinin məlumatına görə, iclasa 30 yanvarda fəaliyyətə başlayan Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzində xidmət edən türkiyəli general da qatılıb.

Vəziyyətlə bağlı təqdimatla çıxış edən generala nazir Hulusi Akar müxtəlif tapşırıqlar verib.

Mərkəzdəki şəxsi heyətin komandanı, general-mayor Abdullah Katırcı nazirə Birgə Monitorinq Mərkəzindəki faəliyyəti ilə bağlı təqdimat edib. Nazir Hulusi Akar Mərkəzin fəaliyyəti ilə bağlı tapşırıqlar verib.

“Birgə Mərkəz açılıb, çalışmağa başladıq. Ümidimiz, diləyimiz digər bütün çalışmalarla birlikdə bu mərkəzin də töhfəsi ilə atəşkəsin daimi hala gəlməsi, sabitliyin təmin olunması, sülh və əmin-amanlığın bölgəyə hakim olmasıdır. Bu çərçivədə ümidimiz bölgədəki ölkələrin qarşılıqlı şəkildə bir-birilərinə haqq və maraqlarına hörmət prinsipi, beynəlxalq hüquq çərçivəsində həm təhlükəsiz, həm də rifah içində yaşamalarıdır. Diləyimiz və ümidimiz budur”- deyə Hulusi Akar vurğulayıb.

Әlaqәli Xәbәrlәr