Bu gün Nazirlər Kabinetinin iclası keçiriləcək

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bu gün Nazirlər Kabinetinin iclası keçirələcək.

1574994
Bu gün Nazirlər Kabinetinin iclası keçiriləcək

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bu gün Nazirlər Kabinetinin iclası keçirələcək.

Yığıncağın  əsas gündəmini yeni növ koronavirus (Covid-19) ilə mübarizə təşkil edəcək. Diqqət mərkəzində isə Səhiyyə naziri Fahrettin Kocanın təqdimatı olacaq.

Tədbirlərin nəticələrə əks olunmasının da qiymətləndiriləcəyi yığıncaqda tədbirlərin yumşaldılmasına və ya davam etdirilməsinə qərar veriləcək.
İclasda məktəblərdə əyani təhsilin başlayıb-başlamayacağı da müzakirə mövzusudur.
Peyvənd təqvimi də müzakirə olunacaq mövzular sırasındadır. Çin, Almaniya və Rusiya ilə həyata keçirilən peyvəndlənmə prosesi ilə yanaşı yerli peyvənd işləri də gündəmdə olacaq. Bundan əlavə peyvəndlə bağlı son vəziyyət müzakirə ediləcək.
Hökumətin prioritetləri arasında yer alan islahat prosesi də iclasın gündəliyindədir.

Müvafiq nazirlər məhkəmə və iqtisadi islahat fəaliyyətlərində son vəziyyətdən danışacaqlar.

Xarici siyasət başlığında işə Avropa İttifaqı (Aİ) və Amerika Birləşmiş Ştatları (ABŞ) ilə başladılan yeni proses qiymətləndiriləcək. Qarşıdan gələn günlərdə Türkiyə-Aİ zirvə yığıncağı keçiriləcək və Şərqi Aralıq dənizi Konfransının hazırlıqları müzakirə ediləcək.



Әlaqәli Xәbәrlәr