Türkiyə Ər-Riyadda həyata keçirilən raket hücumlarını qınayıb

Türkiyə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda mülki yaşayış məntəqələrini hədəf alan raket hücumlarını sərt şəkildə qınadığı bildirilib.

1571730

Xarici İşlər Nazirliyinin açıqlamasında Ər-Riyadın son üç gündə ikinci dəfə raket hücumlarının hədəfində olduğunun öyrənildiyi qeyd olunaraq, "Mülki yaşayış məntəqələrini hədəf aldığı və Səudiyyə hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən raket hücumlarını sərt dillə qınayırıq. Qardaş Səudiyyə Ərəbistanına və Səudiyyə xalqına keçmiş olsun diləklərimizi çatdırırıq" deyilib.

Qeyd edək ki, yanvarın 26-da Ər-Riyad səmalarında şəhərin bir çox yerindən eşidilən partlayış baş verdiyi bildirilmişdi.

Sosial media istifadəçiləri havada zərərsizləşdirilən ballistik raketin görüntülərini paylaşmışdılar.

Әlaqәli Xәbәrlәr