Türkiyәnin Daxili İşlәr Nazirliyi mәlumat yayıb
Türkiyәnin Daxili İşlәr Nazirliyi tәrәfindәn separatçı terror tәşkilatı PKK-ya qarşı aparılan ‘‘Eren-5’’ әmәliyyatı nәticәsindә 53 sığınacaq vә 62 anbar mәhv edilib.
1572238

Türkiyәnin Daxili İşlәr Nazirliyi tәrәfindәn separatçı terror tәşkilatı PKK-ya qarşı aparılan ‘‘Eren-5’’ әmәliyyatı nәticәsindә 53 sığınacaq vә 62 anbar mәhv edilib.
Nazirlikdәn verilәn bәyanata görә, Mardin şәhәr jandarm komandanlığı ilә tәhlükәsizlik qüvvәlәri tәrәfindәn terror tәşkilatı PKK/KCK-ya qarşı aparılan әmәliyyatlar qәtiyyәtlә davam etdirilir.
Әmәliyyat çәrçivәsindә 53 sığınacaq vә 62 ambar mәhv edilib. Bu sığınacaq vә anbarlarda çox sayda partlayıcı maddә vә silah-sursat әlә keçirilib.
Ölkә daxilindәki terrorçuların mәhv edilmәsi üçün aparılan ‘‘Eren’’ әmәliyyatları xalqın dәstәyi ilә qәtiyyәtlә vә müvәffәqiyyәtlә davam etdirilir.