Dəstək qrupu Qabona çatıb
Qvineya Körfəzində hücuma məruz qalan "Motsart" adlı gəminin şirkət rəsmiləri və dənizçilərdən ibarət 22 nəfərlik dəstək qrupu Qabona çatıb.

Qvineya körfəzində hücuma məruz qalan "Motsart" adlı gəminin şirkət rəsmiləri və dənizçilərdən ibarət 22 nəfərlik dəstək qrupu Qabona çatıb.
Türkiyənin Librevil Səfirliyinin "Twitter" hesabından edilən paylaşımda Qabona çatan 22 nəfərlik dəstək qrupunun səfir Nilüfer Erdem Kaygısız tərəfindən qarşılandığı bildirilib.
Paylaşımda dəstək qrupunun bu gün gəminin lövbər saldığı Port- Jentil Limanına gedəcəyi və gəmiyə girəcəyi qeyd edilib.
Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum edib. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.
Әlaqәli Xәbәrlәr

Türkiyədə 2 martdan başlayan mərhələli normallaşma prosesinin ayrıntıları
Martın 1-də Türkiyə Nazirlər Kabineti ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplandı