Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (25 yanvar)
Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 137 ölüm faktı qeydə alınıb.
1570776

Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 137 ölüm faktı qeydə alınıb. Belәliklә ölkәdә virusdan hәyatını itirәnlәrin ümumi sayı 25 min 210 nәfәrә çatıb.
Ölkədə 151 min 109 nəfər testdən keçirilib. Onlardan 5 min 642 nəfərdə virus əlaməti aşkarlanıb, 671 nəfər müalicəyə cəlb olunub.
Sağalan 6 min 682 nəfərlə infeksiyaya yoluxanlar arasında indiyədək 2 milyon 134 min 403 nəfər müalicə olunub.
Bu arada, səhiyyə naziri Fahrettin Koca bu gündən (25 yanvar) başlayaraq 80 yaşdan yuxarı vətəndaşların da peyvəndlənməsinə başlandığını bildirib.
Әlaqәli Xәbәrlәr

Türkiyədə 2 martdan başlayan mərhələli normallaşma prosesinin ayrıntıları
Martın 1-də Türkiyə Nazirlər Kabineti ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplandı