Fahrettin Altunun Qərbə PKK/HDP-yə dair çağırışı

Fahrettin Altun Qərb ölkələrini bölücü terror təşkilatı PKK və Xalqların Demokratik Partiyası (HDP) səlahiyyətliləri haqqında yalanlar yaymağa son qoymağa çağırıb.

1570128
Fahrettin Altunun Qərbə PKK/HDP-yə dair çağırışı

Türkiyə Prezident Aparatının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun Qərb ölkələrini bölücü terror təşkilatı PKK və Xalqların Demokratik Partiyası (HDP) səlahiyyətliləri haqqında yalanlar yaymağa son qoymağa çağırıb.

Fahrettin Altun terror təşkilatı PKK-nın quldur başçısı Abdullah Öcalanın afişalarının asıldığı Esenyurt qəsəbəsində HDP binasında qeydə alınan görüntüləri paylaşaraq, "Qərb HDP/PKK yalanlarını yaymağı dayandırmalı və həqiqəti söyləməlidir" çağırışı edib.

Altun  "Twitter" hesabındakı ingiliscə paylaşımında Esenyurt qəsəbəsində HDP binasında qeydə alınan görüntüləri yayıb.

Görüntülərin Türkiyə, ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən terror təşkilatı kimi tanınan PKK ilə HDP arasındakı əlaqəyə yeni bir sübut təşkil etdiyini bildirən Altun uşaqlar daxil olmaqla on minlərlə canın, Suriya və digər yerlərdəki qolları ilə birlikdə PKK terrorunun qurbanı olduğunu ifadə edib.  

Fahrettin Altun PKK-nın bir çox terror hücumu təşkil etdiyinə, uşaqları silahlandırdığına və dünyanı şantaj etmək üçün minlərlə DEAŞ terrorçusunu həbsxanalardan çıxardığına diqqət çəkərək deyib ki, bu çirkin hücumları qınamaqdan imtina edən HDP səlahiyyətliləri intihar bombaçıları da daxil olmaqla terrorçuları tərifləyir və PKK üzvləri kimi hərəkət edirlər. Bu səbəbdən Kürd analar HDP-nin Diyarbakır vilayət binası qarşısında etiraz edirlər. Qərb HDP/PKK yalanlarını yaymaqdan imtina etməli və həqiqətləri söyləməlidir.



Әlaqәli Xәbәrlәr