Adil Karaismailoğlu girov götürülən vətəndaşları xilas edəcəklərini bildirib

Adil Karaismailoğlu Nigeriya sahillərində hərəkət edərkən dəniz quldurlarının hücumuna məruz qalan gəmidən girov götürülən vətəndaşları xilas edəcəklərini söyləyib.

1570493
Adil Karaismailoğlu girov götürülən vətəndaşları xilas edəcəklərini bildirib

Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu Nigeriya sahillərində hərəkət edərkən dəniz quldurlarının hücumuna məruz qalan gəmidən girov götürülən vətəndaşları xilas edəcəklərini söyləyib.

Karaismailoğlu Sinop şəhərində verdiyi bəyanatda dəniz quldurları tərəfindən girov götürülən gəmiçilər arasında olan sinoplu Vedat Aksanın atası Murat Aksan ilə görüş keçirdiklərini bildirərək, Türkiyə dövlətinin hər zaman vətəndşlarının yanında olduğunu dilə gətirib. 

Karaismailoğlu bunları deyib:

"Hadisəni ilk saatlardan təqib edirik. Ümid edirik ki, ən qısa zamanda həll edəcəyik. Bu barədə ətraflı araşdırmalarımız var. Xarici İşlər Nazirliyimizlə davamlı danışıqlar aparırıq. Ümid edirəm ki, oğlumuzu ən qısa zamanda Murat dayının yanına gətirməyi hədəfləyirik. Türkiyə dövləti hər zaman onların yanındadır. Bu vətəndaşları quldurların əlindən qurtaracağıq".

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum edib. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.



Әlaqәli Xәbәrlәr