Türkiyədə 1 milyon 200 mindən çox insan peyvənd olunub

İndiyədək ölkənin hər yerində 1 milyon 200 mindən çox insana peyvəndin ilk dozası tətbiq edilmişdir.

1569842
Türkiyədə 1 milyon 200 mindən çox insan peyvənd olunub

Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyi (TİTCK) tərəfindən "Təcili istifadə təsdiqindən sonra ilk "CoronaVac" peyvəndi 13 yanvar tarixində Ankara Şəhər Xəstəxanasında səhiyyə nazir Fahreddin Kocaya tətbiq edildi. Nazirdən sonra Koronavirus və Sosial Elmlər heyəti üzvləri də peyvənd olundular.

Ölkə miqyasındakı peyvəndlənmə isə ""Covid-19" Peyvəndi Milli Tətbiq Strategiyası" çərçivəsində 14 yanvarda tibb işçiləri ilə başladı və həmin gün Prezident Rəcəb Tayyib Ərdoğan da peyvənd olundu.

Tətbiqin ilk günündə 285 min tibb işçisi peyvənd olunduqda, ikinci gün bu say 500 mini keçdi.

Ölkə daxilində peyvəndlənmənin 7-ci günü olan 20 yanvarda ilk dozasını qəbul edənlərin sayı 1 milyonu keçdi.

"Covid-19" vaksinləri milli tətbiqetmə strategiyası çərçivəsində prioritet qruplarında olanların sürətlə peyvəndlənməsi üçün 81 vilayətin ən ucqar nöqtələrinə çatdırıldı.

Bu çərçivədə indiyədək ölkənin hər yerində 1 milyon 200 mindən çox insana peyvəndin ilk dozası tətbiq edilmişdir.

Digər tərəfdən, bazar ertəsi Türkiyəyə koronavirus vaksinlərinin ikinci partiyasının birinci hissəsi çatdırılacaq.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

"Vaksinlərin ikinci hissəsi (6,5 milyon doza) ölkəmizə bazar ertəsi axşam gətiriləcək. Çatdırmalar alınma planına uyğun olaraq həyata keçiriləcək ki, vaksinləmə proqramı fasiləsiz həyata keçirilsin", deyə nazir qeyd edib.

Türkiyəyə növbəti tədarük çərçivəsində isə peyvəndlərin ümumilikdə 10 milyon dozası çatdırılacaq.



Әlaqәli Xәbәrlәr