"Fatih" kəşfiyyat gəmisi “Türkali-2” quyusuna çatıb
Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönmez "Fatih" kəşfiyyat gəmisinin Qara dənizdəki yeni qazma yeri olan “Türkali-2” quyusuna çatdığını bildirib.
1569900

Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönmez "Fatih" kəşfiyyat gəmisinin Qara dənizdəki yeni qazma yeri olan “Türkali-2” quyusuna çatdığını bildirib.
Nazir Dönmez bunu "Twitter" hesabından yazıb:
"Dünən gecə Filyos Limanından hərəkət edən "Fatih" qazma gəmimiz, Qara dənizdəki yeni dayanacağına - "Türkali-2" quyusuna çatıb. Gəmimiz hazırlıqlarından sonra Sakarya Qaz Sahəsindəki işlərinə başlayacaq. Qara dənizin fatehi fəaliyyətlərini fasiləsiz davam etdirir".
Türkiyənin ilk yerli kəşfiyyat-qazma gəmisi "Fatih" Sakarya qaz sahəsindəki təbi qaz kəşfindən sonra qazma işləri aparılan ilk dərin dəniz quyusu olan "Türkali-1"dəki fəaliyyətlərini 18 yanvarda müvəffəqiyyətlə tamamlayıb.