"Fərat qalxanı" əməliyyatı bölgəsində 7 terrorçu zərərsizləşdirilib

Suriyanın Azez bölgəsində terror təşkilatı PKK/YPG üzvü olan yeddi terrorçu zərərsizləşdirilib.

1569801
"Fərat qalxanı" əməliyyatı bölgəsində 7 terrorçu zərərsizləşdirilib

Suriyanın Azez bölgəsində terror təşkilatı PKK/YPG üzvü olan yeddi terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında yer alan məlumatda terrorçuların Azezə minaatanla atəş etdiyi bildirilib.

Məlumatda Azezə minaatanla atəş edən 7 PKK/YPG terrorçusunun atəş dəstək vasitələrilə zərərsizləşdirildiyi qeyd edilib.

Terrorçuların hücumu rellaşdırdığı sığınacaq sahəsi və mövqelərin də məhv edildiyi bildirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 24 avqust 2016-cı ildə Azad Suriya Ordusu (ASO) ilə başlayan və 31 mart 2017-ci ildə sona çatan "Fərat qalxanı" əməliyyatı ilə sərhəd təhlükəsizliyini təmin etmişdi. Əməliyyat nəticəsində Suriyanın şimalındakı Cerablus, Çobanbey, Dabik, Mare, Azez, Əl-Bab, Biza və Kabbasin və ətraf bölgələr terror təşkilatı DEAŞ-dən azad edilmişdi.



Әlaqәli Xәbәrlәr