Türkiyə Ukraynaya başsağlığı verib
Türkiyə, Ukraynanın Xarkov şəhərindəki qocalar evində həyatını itirənlərin ailələrinə və ölkə hökuməti ilə xalqına başsağlığı verib.
1569093

Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada: “Ukraynanın Xarkov şəhərində bir qocalar evində çıxan yanğın nəticəsində çox sayda insanın həyatını itirdiyi və yaralandığı xəbərini kədərlə öyrəndik. Dost və qardaş Ukrayna xalqına və hökumətinə başsağlığı verir, yaralılara təcili şəfa arzulayırıq”.
Qeyd edək ki, Ukraynanın Xarkov şəhərində bir qocalar evində baş verən yanğında 15 nəfər həyatını itirib, xilas edilən 11 nəfər xəstəxanaya yerləşdirilib
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (24 fevral)
Türkiyədə yeni tip korona virusundan (Covid-19) fevralın 24-də 72 nəfər dünyasını dəyişib.