Mövlud Çavuşoğlu Aİ rәsmilәri ilә görüşüb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Türkiyәnin Avropa İttifaqına tam hüquqlu üzvlük prosesini canlandırmasının vacibliyini vurğulayıb.

1568755
Mövlud Çavuşoğlu Aİ rәsmilәri ilә görüşüb

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Avropa İttifaqına tam hüquqlu üzvlük prosesinin canlandırmasının vacibliyini vurğulayıb.

Belçikanın paytaxtı Brüsseldә görüşlәr keçirәn Mövlud Çavuşoğlu Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Botter ilә bir araya gәldikdәn sonra  Avropa İttifaqı Komissiyasının sәdri Ursula von der Leyen, Aİ Komissiyasının sәdr müavini Marqarites Schinas, Aİ-nin daxili mәsәlәlәr üzrә rәsmisi  Ylya Cohanson vә Aİ-nin Qonşuluq Siyasәti vә Genişlәnmә danışığları üzrә komissarı Oliver Varhelyi ilә görüşüb.

Mövlud Çavuşoğlu daha sonra rәsmi internet sәhifәsindә paylaşım edib.

‘‘Tam hüquqlu üzvlük prosesi canlandırılmalıdır’’ deyәn Mövlud Çavuşoğlu Gömrük Birliyinin güclәndirilmәsinin vә viza rejiminin sadәlәşdirilmәsinin әhәmiyyәtini vurğulayıb. Mövlud Çavuşoğlu bildirib ki, nizamsız miqrasiya vә terrorla mübarizәdәki әmәkdaşlığımızı güclәndirmәliyik. Avropada artan irqçilik, ayrı-seçkilik vә İslamofobiya ilә mübarizә aparmalıyıq.

Mövlud Çavuşoğlu Cozef Borrel ilә keçirdiyi görüşlә bağlı etdiyi paylaşımda da bu ifadәlәrә yer verib: ‘‘Avropa İttifaqı ilә yeni sәhifә açmaq istәyirik. 2016-cı ilin 18 mart tarixindә әldә olunan müqavilә yenilәnmәlidir. Müsbәt gündәm üçün birlikdә işlәmәliyik.Aİ Şurası vә Komissiyasının sәdrlәrinin sәfәrinin hazırlıqlarını müzakirә etdik’’.

Avropa Komissiyasının sәdri Ursula von der Leyen isә etdiyi paylaşımda deyib: ‘‘Dialoq şәrtdir’’.

Aİ Komissiyasının sәdr müavini Marqarites Schinas da etdiyi paylaşımda bildirib ki, müsbәt addım atmağın vaxtı gәldi.

 



Әlaqәli Xәbәrlәr