M. Çavuşoğlu 20 Yanvar faciəsinin ildönümü ilə bağlı “Twitter” hesabında paylaşım edib

Xarici İşlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin ildönümü ilə bağlı “Twitter” hesabında paylaşım edib.

1567340
M. Çavuşoğlu 20 Yanvar faciəsinin ildönümü ilə bağlı “Twitter” hesabında paylaşım edib

Xarici İşlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin ildönümü ilə bağlı “Twitter” hesabında paylaşım edib.

Nazir Çavuşoğlu paylaşımında bunları yazıb: "20 Yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anırıq. Şəhidlərin simvolu olan qərənfillər azad Azərbaycan torpaqlarının simvolu olan Xarıbülbüllə birlikdə açır. Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!” 

Keçmiş Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Türkiyənin ayrı-ayrı yerlərində də anım mərasimləri, konfranslar keçirilir.

20 Yanvar faciəsi qurbanlarını yad etmək məqsədilə Azərbaycanın Türkiyədəki səfirliyində yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə12.00) şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfirliyin kollektivi Azərbaycan xalqının qəhrəman övladlarının ruhuna ehtiramlarını göstəriblər.

Azərbaycanın İstanbuldakı baş konsulluğunda isə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar fotosərgi təşkil edilib.

Sərgidə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən orijinal fotolar nümayiş olunur. Bu fotoşəkillər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet hakimiyyəti rəhbərliyinin qərarı ilə Azərbaycana qoşun yeridilməsinin acı nəticələri, Qanlı Yanvar hadisələrinin dəhşətləri ilə bağlı əyani təsəvvür yaradır.

Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, diplomatik nümayəndəliyin əməkdaşları və media nümayəndələri iştirak ediblər.



Әlaqәli Xәbәrlәr