Türkiyә prezidenti әhәmiyyәtli bәyanatlar verib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Türkiyәnin artıq öz bölgәsindә dünyada tarazlığı müәyyәn edәcәk bir mövqeyә malik olduğunu deyib.

1566724
Türkiyә prezidenti әhәmiyyәtli bәyanatlar verib

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Türkiyәnin artıq öz bölgәsindә vә  dünyada tarazlığı müәyyәn edәcәk bir mövqeyә malik olduğunu deyib.

Türkiyә prezidenti vә Әdalәt vә İnkişaf Partiyasının sәdri Rәcәb Tayyib Әrdoğan  partiyasının Düzce, Çorum, Amasya, Bartın vә Karabük şәhәrlәrindә baş tutan VII Fövqәladә  Konqreslәrinә videokonfrans yolu ilә qatılıb. Әrdoğan çıxışında dada çox irәlilәyiş әldә edәcәklәrini vә nәhәng layihәlәrә imza atacaqlarını bildirib.

Türkiyәnin tәhlükәsizlikdәn diplomatiyayadәk ciddi irәlilәyiş әldә etdiyini ifadә edәn Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Türkiyә artıq öz bölgәsindә vә dünyada tarazlığı müәyyәn edәcәk mövqeyә malikdir’’.

Hәdәflәrini hәyata keçirmәk üçün sәylәr göstәrmәyә davam edәcәklәrini bildirәn Әrdoğan hәmçinin vurğulayıb ki, radikal islahatlarla bağlı apardığımız fәaliyyәtlәri vaxtı gәldikdә xalqla bölüşәcәyik.



Әlaqәli Xәbәrlәr