Türkiyə J. Kubisin BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi təyin edilməsini məmnuniyyətlə qarşılayıb

Türkiyə BMT Baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi vəzifəsinə slovakiyalı  Jan Kubisin təyin edilməsini məmnuniyyətlə qarşılayıb.

1566497

Xarici İşlər Nazirliyinin bununla bağlı bəyahatında Slovakiyada əvvəllər xarici işlər naziri vəzifəsini icra edən Jan Kubisin son olaraq BMT-nin Livan üzrə xüsusi koordinatoru vəzifəsi icra etdiyi və bir çox regional və beynəlxalq təşkilatlarda əhəmiyyətli və çətin məsuliyyətləri üzərinə götürdüyü vurğulanıb. 

"Kubisin təcrübəsi və biliyi işığında Liviyada davamlı sülh və sabitliyin bərqərar olması üçün milli razılaşma səylərinə əhəmiyyətli töhfəsinin olacağına inanırıq" ifadələrinin yer aldığı bəyanatda Türkiyənin Liviyada siyasi həll yolunun təmini məqsədilə Kubisin səylərini dəstəkləyəcəyi qeyd edilib. 

Bəyanatda Kubisə yeni vəzifəsində uğurlar dilənib, bu vəzifəni bir müddətdir müvəqqəti icra edən Stephanie Turko Villiamsa da fəaliyyətlərinə görə təşəkkür edilib.

BMT Baş katibi Antonio Quterreş Kubisi Gassan Selamenin istefasından sonra 18 yanvarda uzun müddət boş qalan vəzifəyə təyin etdiyini açıqlayıb.

Әlaqәli Xәbәrlәr