Milli müdafiə naziri Hulusi Akar İraqda bir sıra görüşlər keçirib

İraq prezidenti Bəhram Saleh ölkəsində rəsmi səfərdə olan milli müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi Yaşar Güləri Prezident Sarayında qəbul edib.

1566209
Milli müdafiə naziri Hulusi Akar İraqda bir sıra görüşlər keçirib

İraq prezidenti Bəhram Saleh ölkəsində rəsmi səfərdə olan milli müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi Yaşar Güləri Prezident Sarayında qəbul edib.

İraq Prezident Aparatı Mətbuat Xidmətinin məlumatına görə, yığıncaqda hər sahədə əməkdaşlıq müzakirə edilib və "İraqın kiməsə hücum yeri olmaması"nın vacibliyi vurğulanıb.

Məlumata görə, milli müdafiə naziri Akar İraqın suverenliyinə və sabitliyinə hörmət etdiklərini bildiib və ortaq həmrəylik və koordinasiyanın vacibliyini dilə gətirib.

Nazir Akar və general Gülər İraq prezidentilə görüşdən sonra bu ölkənin Daxili İşlər Nazirliyində olublar. Mərasimlə qarşılanan Akar İraqın daxili işlər naziri Osman Əli Fərhud El Qənimi ilə görüşüb.

Nazir Akar daha sonra Türkiyənin Bağdad Səfirliyində olub, sonra isə Ərbilə keçib.

Qeyd edək ki, bundan əvvəl İraqın baş naziri Mustafa əl-Kazımi də rəsmi səfərlə Bağdadda olan Hulusi Akar və Yaşar Güləri hökumət sarayında qəbul edib.

İraq Baş Nazirliyi Mətbuat Xidmətinin məlumatına görə, görüşdə iki ölkə arasındakı ortaq məsələlər və hərbi həmrəyliyin gücləndirilməsi müzakirə edilib.

İraqdan Türkiyəyə yönəldilmiş terror hücumlarını rədd etdiklərini ifadə edən Kazımi bu cür təhdidləri aradan qaldırmasının təhlükəsizlik qüvvələrinin bütün ölkə ərazilərində mövcudluğunu göstərməsilə mümkün olacağını ifadə edib.

İraqın baş naziri ordunun gücləndirilməsi üçün Türkiyənin dəstəyinə ehtiyac olduğunu söyləyib.

Açıqlamaya görə, milli müdafiə naziri Akar İraq hökumətinə vəzifəsində uğurlar arzulayıb və Türkiyə Silahlı Qüvvələrinin (TSQ) İraq ordusuna terrorla mübarizə, təlim və müşavirlik sahələrində dəstək verməyə hazır olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr