Hulusi Akar Mesrur Bәrzani ilә görüşüb

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar bildirib ki, bütün mübarizәmiz terror tәşkilatına qarşıdır. Әmәkdaşlığımızı güclәndirmәliyik vә terror tәşkilatı PKK-ya qarşı qәtiyyәtlә mübarizә aparmalıyıq.

1566877
Hulusi Akar Mesrur Bәrzani ilә görüşüb
akar ırak 2.jpg

 

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar bildirib ki, bütün mübarizәmiz terror tәşkilatına qarşıdır. Әmәkdaşlığımızı güclәndirmәliyik vә terror tәşkilatı PKK-ya qarşı qәtiyyәtlә mübarizә aparmalıyıq.

Hulusi Akarın rәhbәrlik etdiyi nümayәndә heyәti İraqın paytaxtı Bağdadda baş tutan görüşlәrdәn sonra  dünәn axşam radәlәrindә Erbilә sәfәr edәrәk Şimali İraq Regional Rәhbәrliyinin Baş naziri Mesrur Bәrzani vә Şimali İraq Regional Rәhbәrliyinin  keçmiş Baş naziri Mәsud Bәrzani ilә ayrı-ayrılıqda görüş keçirib.

Nazir Hulusi Akar vә ordu generalı Yaşar Gülәr ilk olaraq Şimali İraq Regional Rәhbәrliyinin keçmiş Baş naziri ilә görüşüb.

İraqda terror tәşkilatı DEAŞ-a qarşı ciddi mübarizәnin aparıldığını bildirәn Hulusi Akar degәr terror tәşkilatları ilә dә mübarizә apararaq onları da mәhv edә bilәcәklәrini düşündüklәrini qeyd edib.

Hulusi Akar deyib: ‘‘Terror tәşkilatı PKK gerçәk üzünü göstәrdi. PKK bölgәdәki xalqın düşmәnidir. Bütün mübarizәmiz terror tәşkilatına qarşıdır. Әmәkdaşlığımızı güclәndirmәliyik vә terror tәşkilatı PKK-ya qarşı qәtiyyәtlә mübarizә aparmalıyıq’’.

Hulusi Akar vә Yaşar Gülәr daha sonra Şimali İraq Regional Rәhbәrliyinin  Baş naziri Mesrur Bәrzani ilә bir araya gәlib.

Hulusi Akar görüş zamanı iki gündür müsbәt vә konstruktiv görüşlәr keçirdiklәrini dilә gәtirib.

Mesrur Bәrzani isә keçirdiklәri görüşә görә çox mәmnun olduğunu bildirib.

Qeyd edәk ki, görüş mәtbuat üçün qapalı keçirilib.

 

 



Әlaqәli Xәbәrlәr