Silahlı dron "Songar" zirehli quru nəqliyyat vasitəsinə inteqrasiya olunub

Türkiyə Silahlı Qüvvələri invantarına daxil edilən "ilk milli silahlı dron" "Songar" ilk dəfə zirehli quru nəqliyyat vasitəsinə inteqrasiya olunub.

1564857
Silahlı dron "Songar" zirehli quru nəqliyyat vasitəsinə inteqrasiya olunub

Türkiyə Silahlı Qüvvələri invantarına daxil edilən "ilk milli silahlı dron" "Songar" ilk dəfə zirehli quru nəqliyyat vasitəsinə inteqrasiya olunub. 

Bununla da "Songar" silahlı dron sistemi sayəsində 4x4 hərbiquru vasitəni havadan hədəfi tapmaq və uzaqdan silahlı əməliyyat həyata keçirə bilmə qabiliyyətinə sahib olacaq.

Hərbi və təhlükəsizlik məqsədli istənilən hər əməliyyatda həm gecə, həm də gündüz fəal şəkildə işləyən "Songar" özünüidarə sistemi və eniş-qalxış qabaliyyətilə asimmetrik təhdidlərə müdaxilə üçün 7/24 saat hazır gözləyəcək.

Hərbi texnologiyay sistem "Songar" avtomatik pulemyotla təchiz olunaraq 3 kilometr radiusda vəzifəsini yerinə yetirir.

Gerçək zamanlı bir görüntü ötürmə sisteminə sahib olan "Songar" tək və ya birdən çox dron sistemi ilə hədəf bölgənin təyin edilməsi, təhdidi təsirsiz hala gətirmək və əməliyyatdan sonrakı zərərin aşkarlanması kimi bir çox kritik tapşırıqları yerinə yetirir.

"Songar" sərhəd və sərhəddən kənar əməliyyatlarında quru vasitə inteqrasiyası ilə pusqu və ya təhdidlərə qarşı havadan çox sayda güllə atışı ilə və lazım olduqda hücum məqsədli olaraq da təsirli şəkildə istifadə edilə biləcək.



Әlaqәli Xәbәrlәr