Rəcəb Tayyib Ərdoğan Cüzeppe Konte ilə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Cüzeppe Konte ilə telefonla danışıb.

1564665
Rəcəb Tayyib Ərdoğan Cüzeppe Konte ilə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Cüzeppe Konte ilə telefonla danışıb.

Prezident Aparatının Mətbuat xidmətinin məlumatına görə, telefon söhbətində Türkiyə-İtaliya əlaqələrinin gücləndirilməsi üçün atılan addımlar müzakirə edilib, regional inkişaflar qiymətləndirilib.

Prezident Ərdoğan iki ölkə arasındakı əlaqələrə dəyər verdiklərini söyləyərək, epidemiya şərtlərinin əlverişli olduğu ən uyğun zamanda İtaliya ilə üçüncü hökumətlərarası zirvə yığıncağını Türkiyədə keçirmək istədiklərini söyləyib.

İtaliyanın Avropa İttifaqı (Aİ) daxilində Türkiyəyə təmin etdiyi dəstəyə görə təşəkkür edən Prezident Ərdoğan İtaliyanın Aİ-ni Şərq Aralıq dənizində sağlam düşüncə və ədalətə əsaslanan bir mövqe izləməyə istiqamətləndirəcəyinə inandığını ifadə edib. 

Ərdoğan İtaliyanın Liviyada Milli Həmrəylik Hökuməti ilə əməkdaşlıq addımlarını faydalı gördüyünü də dilə gətirib.



Әlaqәli Xәbәrlәr