"Türk Hava Yolları" uçuş sayı ilə Avropada ilk yerdədir
"Türk Hava Yolları" (THY) 13 yanvar tarixində Avropada ən çox uçuş həyata keçirən hava yolu şirkəti olub.
1564170

"Türk Hava Yolları" (THY) 13 yanvar tarixində Avropada ən çox uçuş həyata keçirən hava yolu şirkəti olub.
Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) məlumatına görə, THY çərşənbə günü (13 yanvar) 543 uçuşla Avropanın zirvəsinə qalxdı.
THY-nin baş direktoru Bilal Ekşi də "Twitter"dəki paylaşımında "Biz sizin üçün uçuruq. Çətin günlərlə qarşı-qarşıyayıq. Ancaq Avropada hələ də ən çox uçuşu həyata keçiririk. Hələ də dünyanın ən çox ölkəsinə uçuruq (102). TMM (Təmizlik, Maska, Məsafə) + Peyvənd ilə THY-nin 2021-ci ildə yenə yüksəklərdə uçacağına ümid edirəm" ifadələrini işlədib.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (27 fevral)
... Bununla epidemiya başlanandan bu yana həyatını itirənlərin sayı 28 min 603 olub