Mövlud Çavuşoğlu və Sind əyalətinin baş naziri Murad Əli Şah arasında görüş baş tutub
Yanvarın 14-də Pakistana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Mövlud Çavuşoğlu və Sind əyalətinin baş naziri Murad Əli Şah arasında görüş baş tutub.

Yanvarın 14-də Pakistana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Mövlud Çavuşoğlu və Sind əyalətinin baş naziri Murad Əli Şah arasında görüş baş tutub.
Çavuşoğlu "Twitter" hesabından görüşlə bağlı paylaşdığı mesajda Türkiyənin Karaçi Baş konsolosluğu binasının tikinti işlərindəki dəstəklərinə görə Şaha təşəkkür edib.
Çavuşoğlu "Karaçi Türkiyənin sərmayə qoyuluşlarının qapısıdır. İqtisadiyyatdakı təcrübələrimizi çatdırmağa hazırıq" deyib.
Sind əyalətinin valisi İmran İsmayıl ilə də görüşdüyünü ifadə edən Çavuşoğlu Baş Konsulluq binasının inşasına göstərilən dəstəyə görə təşəkkür edib: "Türk Maarif Vəqfi Sinddəki 6 məktəbi uğurla idarə edir və yenilərini açmağa hazırdır. Təhsil sahəsində əməkdaşlığımız davam edəcək".
Sind vilayəti Valiliyinin açıqlamasında isə, ticarət, investisiya, elm və texnologiya, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlığın müzakirə edildiyi bildirilib.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (24 fevral)
Türkiyədə yeni tip korona virusundan (Covid-19) fevralın 24-də 72 nəfər dünyasını dəyişib.