Türkiyə İsrailin yeni yaşayış məntəqələri ilə əlaqəli qərarına münasibət bildirib
Türkiyə İsrailin İordan çayının Qərb sahilində qeyri-qanuni məskunlaşma yeri olan 850 evin bina planlarını təsdiqləyəcəyi barədəki açıqlamaları narahatlıqla qarşıladığını bildirib.

Türkiyə İsrailin İordan çayının Qərb sahilində qeyri-qanuni məskunlaşma yeri olan 850 mənzilin planlarını təsdiqləyəcəyi barədəki açıqlamalarını narahatlıqla qarşıladığını bildirib.
Xarici İşlər Nazirliyinin İsrailin qanunsuz məskunlaşma fəaliyyətini sürətləndirməsi ilə əlaqədar bəyanatında bildirilib:
"İsrailin İordan çayının qərb sahilində əlavə 850 mənzil inşası planlarını təsdiqləyəcəyi ilə bağlı açıqlamaları Türkiyəni narahat edir. Bu addım İsrailin ABŞ-da yeni rəhbərliyin işə başlamazdan əvvəl sürət qazandırdığı qanunsuz tətbiqetmələrinin ən son nümunəsini təşkil edir. İsrailin həmin yaşayış məntəqələrilə bağlı fəaliyyətləri ilə coğrafi bütövlüyü olan müstəqil və suveren bir Fələstin dövlətinin qurulmasının qarşısını almağa və iki dövlətli həll imkanını aradan qaldırmağa çalışdığı açıqdır. Beynəlxalq ictimaiyyəti BMT qərarları başda olmaqla beynəlxalq hüquqları gözdən yayındıran belə addımlarına son qoyması üçün İsrailə lazımlı təzyiqi göstərməyə və bu aqressiv hərəkətlərə etiraz etməyə çağırırıq".
Xatırladaq ki, İsrail səlahiyyətlilərinin gələn həftə Yəhudi sakinlər üçün İordan çayının Qərb sahilində daha 850 mənzil tikmək qərarını təsdiqləyəcəyi bəyan edilmişdi.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (14 aprel)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 279 ölüm faktı qeydə alınıb.

Tәhlükәsizlik qüvvәlәri 382 PKK terrorçusunu da zәrәrsizlәşdirib
Tәhlükәsizlik qüvvәlәri 2021-ci ilin ilk üç ayında 382 PKK terrorçusunu da zәrәrsizlәşdirib.