Rәcәb Tayyib Әrdoğan vә Vladimir Putin arasında telefon danışığı olub
Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.
1563067

Türkiyə prezidenti Rәcәb Tayyib Әrdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.
Mәlumata görә, söhbәt zamanı Vladimir Putin Türkiyə Prezidentini Azərbaycan, Ermənistan və Rusiya liderlərinin yanvarın 11-də Moskvada keçirdikləri üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırıb.
Tәrәflәr Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi və Qarabağdakı hərbi fəaliyyətləri də müzakirə ediblər.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (15 yanvar)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 169 ölüm faktı qeydə alınıb.