Rәcәb Tayyib Әrdoğan: ‘‘Türkiyәni 2023-cü il hәdәflәrinә çatdıracağıq’’
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Türkiyәni 2023-cü il hәdәflәrinә çatdıracaqlarını deyib.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Türkiyәni 2023-cü il hәdәflәrinә çatdıracaqlarını deyib.
Türkiyә prezidenti vә Әdalәt vә İnkişaf Partiyasının sәdri Rәcәb Tayyib Әrdoğan partiyasının VII Fövqәladә Kırşehir, Yozqat, vә Sivas Şәhәr Konqreslәrindә videokonfrans yolu ilә iştirak edib. Çıxışında yeni növ koronavirus epidemiyası sәbәbindәn dayandırdıqları konqreslәrinә bu gün yenidәn başladıqlarını vurğulayan Rәcәb Tayyib Әrdoğan 2023-cü ildә keçirilәcәk hәm parlament, hәm dә prezident seçkilәrindә qәlәbә qazanacaqlarını deyib.
Türkiyәni 2023-cü il hәdәflәrinә çatdıracaqlarını bildirәn Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Ölkəmizi 2023-cü il hədəflərinə bütünlüklə çatdırmadan bizə durmaq, dayanmaq, bir anı belə boşa vermək haramdır. Bizi nә terror tәşkilatlarının xain әmәllәri, nә dә ölkәmizә hücum edәnlәrin oyunları yorur. Bütün bunların öhdәsindәn gәldik, gәlәcәyik’’.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (15 yanvar)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 169 ölüm faktı qeydə alınıb.