Türkiyә XİN Qazaxıstanda keçirilәn parlament seçkilәri ilә әlaqәdar bәyanat yayıb

Türkiyә Qazaxıstanda keçirilәn parlament seçkilәrinin sülh mühitindә başa çatdığı üçün mәmnun olduğunu açıqlayıb.

1560904
Türkiyә XİN Qazaxıstanda keçirilәn parlament seçkilәri ilә әlaqәdar bәyanat yayıb

 

Türkiyә Qazaxıstanda keçirilәn parlament seçkilәrinin sülh mühitindә başa çatdığı üçün mәmnun olduğunu açıqlayıb.

Xarici İşlәr Nazirliyi Qazaxıstanda keçirilәn parlament seçkilәri ilә әlaqәdar bәyanat yayıb.

Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Seçki nәticәlәrinin dost vә qardaş Qazaxıstan xalqı üçün uğurlu olmasını arzulayırıq. Bu il müstәqilliyinin 30-cu ilini qeyd edәn qardaş Qazaxıstanla strateji әmәkdaşlığımızın qarşıdakı dövrdә daha da inkişaf edәcәyinә inanırıq’’.



Әlaqәli Xәbәrlәr