TBMM sədri Şəntop İndoneziya xalqına başsağlığı verib
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop, İndoneziya Xalq Məşvərət Məclisinin Başçısı Bambanq Soesatyoya başsağlığı verib.

Musdafa Şentop İndoneziya Xalq Məşvərət Məclisinin Başçısı Bambanq Soesatyo ilə telefon danışığında Cakarta-Pontianak reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 60-dan çox insanın həyatını itirdiyini böyük kədərlə öyrəndiyini bildirib və qəzada həyatını itirənlərin ailələri başda olmaqla qardaş İndoneziya xalqına başsağlığı verib. Şentop Türkiyənin İndoneziya ilə həmrəy olmağa üstünlük verdiyini, hər cür yardım tələbinə həmişə hazır olduğunu vurğulayıb. Yaxın gələcəkdə İndoneziyanı ziyarət edəcəyini deyib. Yeni növ koronavirus epidemiyasının qlobal təsirlərini azaltmaq üçün peyvənd işləri daxil olmaqla dost və qardaş İndoneziya ilə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Әlaqәli Xәbәrlәr

Türkiyə SİHA-larının TİHA-sı sınaqları uğurla başa vurdu
“Baykar”ın texniki müdiri Səlcuq Bayraqdar “twitter”də etdiyi paylaşmada yazıb