Prezident Ərdoğan: “ABŞ-da baş verən hadisələr bütün bəşəriyyəti şoka salıb”

Prezident Rəcəb Tayyib Ərdoğan danışanda demokratiyanın beşiyi olaraq təsvir edilən ABŞ-da Konqresə basqın edilməsinin bütün insanlığı şoka saldığını söyləyib.

1560007
Prezident Ərdoğan: “ABŞ-da baş verən hadisələr bütün bəşəriyyəti şoka salıb”

Prezident Rəcəb Tayyib Ərdoğan danışanda demokratiyanın beşiyi olaraq təsvir edilən ABŞ-da Konqresə basqın edilməsinin bütün insanlığı şoka saldığını söyləyib.

Prezident Ərdoğan İstanbulda gündəmlə bağlı jurnalistlərə açıqlama verib.

Ərdoğan açıqlamasında  ABŞ-ın paytaxtı Vaşinqtonda yanvarın 6-da Cozef Baydenin prezident seçkisindəki qələbəsinin təsdiq ediləcəyi Konqres iclası zamanı Donald Tramp tərəfdarlarının Konqres binasına girməsilə baş verən hadisələrə toxunub.

Ərdoğan "Sözə gələndə "demokratiyanın beşiyi "olaraq xarakterizə edilən ABŞ-dakı bu proses həqiqətən bütün insanlığı şoka saldı" deyib.

2013-cü ildəki "Gezi" hadisələrində və 15 iyul 2016-cı ildəki çevriliş cəhdində səssiz qalan və bu mövzuda çox fərqli mesajlar yayan ABŞ və ABŞ medyasına reaksiya göstərən dövlət başçısı "O dövrdə də ABŞ-da hakimiyyətdə demokratlar var idi. Demokratlar nə isə Respublikaçıların da eyni olduğunu gördük. Bunun demokratiya üçün bir üz qarası olduğunu görürük. Ümid edirik ki, 20 yanvar tarixindən etibarən Baydenin prezidentlik vəzifəsinin təhvil verilmə mərasimi sakit keçirilər" deyə qeyd edib.

Bundan sonrakı prosesdə Bayden ilə ABŞ-ın dincliyə qovuşmasına  ümid etdiklərini vurğulayan dövlət başçısı “Yeni növ koronavirus (Covid-19) epidemiyası dövrünü yaşayırıq. Belə bir epidemiya dövründə bu prosesin həssaslıqla davam etməsinin vacibliyinə inanıram. Beynəlxalq münasibətlərdə də çox fərqli bir dövrə ABŞ da girməlidir. Ölənlərin ailələrinə səbr, yaralılara da təcili şəfa diləklərimi bildirirəm" ifadələrdən istifadə edib.

Xatırladaq ki, Vaşinqtonda yerləşən Konqres binası qarşısında baş verən etiraz aksiyası və iğtişaşlar zamanı 4 nəfər ölüb. Konqresin iclası yarımçıq dayandırılıb, konqresmenlərin bir hissəsi təxliyə edilib. İğtişaşları yatırılmasına milli qvardiya cəlb edilib və Vaşinqtonda komendant saatı elan olunub. Aksiya iştirakçılarından 52 nəfəri saxlanılıb.

Etirazçılar binadan çıxarıldıqdan sonra Konqres müzakirələri bərpa edib və Cozef Baydenin prezident seçkilərində qələbəsini təsdiqləyib.



Әlaqәli Xәbәrlәr