Mustafa Şentop: "Türkiyənin hərbi texnologiyasını dünya qəbul etmişdir"

Mustafa Şentop “Cənubi Qafqazda güc balansı və Qarabağ münaqişəsi” mövzusunda Türkiyədə keçirilən simpoziumun açılış mərasimində çıxış edib.

1559966
Mustafa Şentop: "Türkiyənin hərbi texnologiyasını dünya qəbul etmişdir"

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop “Cənubi Qafqazda güc balansı və Qarabağ münaqişəsi” mövzusunda Türkiyədə keçirilən simpoziumun açılış mərasimində çıxış edib.

Türkiyənin Azərbaycanın haqlı mübarizəsində əvvəlcədən onun yanında olduğunu vurğulayan Şentop 44 günlük Vətən müharibəsi vaxtı Ermənistan silahlı qüvvələri tərəfindən bombalanan Gəncə şəhərinə səfər etdiyini xatırladaraq, Türkiyənin Azərbaycana həqiqi dəstəyini nümayiş etdirdiyini deyib.

Mustafa Şentop "Türkiyənin Azərbaycanı bu haqlı mübarizəsində dəstəkləməsinin bəzi səbəbləri var. Bunlardan birincisi, mütəmadi ifadə etdiyimiz “tək millət, iki dövlət” anlayışıdır. Bu, sadəcə bir şüar deyil. Türkiyədən nümayəndələrin iştirak etmədiyi bəzi beynəlxalq tədbirlərdə ölkəmizə qarşı olan fikirlərə, hücumlara, tənqidlərə azərbaycanlı siyasilər cavab veriblər. Bənzər addımı Türkiyə də atıb. Yaxın zamanlarda da Azərbaycanın başda Prezident İlham Əliyev olmaqla çox açıq şəkildə beynəlxalq problemlərlə bağlı Türkiyənin yanında olduğunu gördük”, - deyə vurğulayıb.

Türkiyənin Azərbaycanın haqlı mübarizəsində əvvəlcədən onun yanında olduğunu qeyd edən Şentop deyib ki, Suriyada, Liviyada, Azərbaycandakı Dağlıq Qarabağdakı toqquşmada çox dəqiq olaraq ortaya çıxdı ki, Türkiyənin mövcud imkanları, texnologiya, dünyada toqquşmaların, müharibələrin konsepsiyasını dəyişdirəcək bir potensiyala sahibdir və Azərbaycanın qələbəsində də bu imkanların, bu texnologiyalar çox təsirli şəkildə qəbul edilib.



Әlaqәli Xәbәrlәr