H. Akar: "Türkiyə Silahlı Qüvvələri hər cür təhdid və təhlükəyə qarşı əzmlə mübarizə aparır"

Milli müdafiə naziri Hulusi Akar Sarıkamış Əməliyyatının 106-cı ildönümündə mesaj yayıb.

1557771
H. Akar: "Türkiyə Silahlı Qüvvələri hər cür təhdid və təhlükəyə qarşı əzmlə mübarizə aparır"

Türkiyə Silahlı Qüvvələri (TSQ) hər cür təhdid və təhlükəyə qarşı qətiyyətlə və əzmlə mübarizə aparır.

Bunu Milli müdafiə naziri Hulusi Akar Sarıqamış şəhidlərinin anım günü ilə bağlı müraciətində bildirib.  

Nazir vətən, millət və bayraq uğrunda canlarından keçən və şəhidlik mərtəbəsinə yüksələn qəhrəmanları rəhmət və minnətdarlıqla yad etdiyini dilə gətirib. 

Akar milli və mənəvi dəyərlər uğrunda şəhid və qazi olmağı ən yüksək mərtəbə qəbul edən nəcib millətin şəhidlərin və qazilərin qəhrəmanlıqlarını və fədakarlığını sonsuza qədər sədaqət hissi ilə xatırlayacağını və müqəddəslərin xatirələrini əbədi yaşadacağını vurğulayıb.

Akar "Rəşadətli Türkiyə ordusunun bütün terror təşkilatlarına qarşı əzmlə mübarizə aparır. Şanlı ordumuz üç qitəyə sülh və ədalət gətirən atalarımızdan aldığı feyzlə dost, qardaş və məzlum ölkələrin sabitliyi və təhlükəsizliyi üçün də mübarizə aparmaqdadır” deyib.

Nazir Akar NATO, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və ikitərəfli razılaşmalar çərçivəsində Azərbaycan, Liviya, Kosovo, Əfqanıstan, Bosniya və Herseqovina, Qətər, Somali, Sudan və bir çox coğrafiyada dünya sülhünə töhfə vermək üçün böyük səylə vəzifəsini icra etdiyini vurğulayıb.

“Bu səbəblə, Sarıqamış şəhidlərini yad etdiyimiz bu anlamlı gündə “Tək millət, iki dövlət” ifadəsinin seçkin nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqının Nargin adasında məcburi saxlanılan Mehmetçiklərimizə etdiyi yardımları da minnətdarlıqla və şükranla anırıq. Bizlər də can qardaşlarımızın haqlı mübarizələrində sona qədər yanlarındayıq, azərbaycanlı qardaşlarımızla kədərdə və sevincdə bir və bərabərik”, - deyə H. Akar vurğulayıb.



Әlaqәli Xәbәrlәr