Mövlud Çavuşoğlu sabah Rusiyaya səfər edəcək

Xarici İşlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun VIII iclasında iştirak etmək üçün Rusiyaya səfər edəcək.

1553229

Xarici İşlər Nazirliyinin məlumatında bildirilib ki, Soçidə baş tutacaq iclasa Çavuşoğlu və Lavrov başçılıq edəcəklər. 

Məlumatda “Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrovun rəhbərliyilə ilə keçiriləcək iclasda ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq mövzularda da geniş müzakirələrin aparılması nəzərdə tutulub. İclasın sonunda Türkiyə Cümhuriyyətilə Rusiya Federasiyası XİN başçıları arasında 2021-2022-ci illər üzrə görüləcək işlərlə bağlı məsləhətləşmə planı imzalanacaq" ifadələri yer alıb. 

Әlaqәli Xәbәrlәr