Mövlud Çavuşoğlu Banqladeşin baş nazirilə görüşüb

Xarici İşlər naziri Mövlud Çavuşoğlu rəsmi səfərdə olduğu Banqladeşdə Baş nazir Şeyx Hasina ilə görüşüb.

1551091
Mövlud Çavuşoğlu Banqladeşin baş nazirilə görüşüb

Xarici İşlər naziri Mövlud Çavuşoğlu rəsmi səfərdə olduğu Banqladeşdə Baş nazir Şeyx Hasina ilə görüşüb.

Nazir Çavuşoğlu səfərilə bağlı "Twitter" hesabından Şeyx Hasina ilə keçirdiyi görüş barədə bunları yazıb:
"Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salamlarını Baş nazir Şeyx Hasinaya çatdırdıq. Səfirlik binamızın inşasında göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Davamlı inkişafı ilə Cənubi Asiyanın yüksələn ulduzu Banqladeş "Yenidən Asiya" təşəbbüsümüzün ən vacib tərəfdaşlarından biridir. Türkiyə çox ölçülü xarici siyasət yanaşması olan "Yenidən Asiya" təşəbbüsü çərçivəsində Türkiyə ilə Asiya ölkələri  arasındakı ticarət, investisiya, təhsil, müdafiə, texnologiya, mədəniyyət və siyasət sahəsindəki dialoqun təşviqinə böyük əhəmiyyət verir. 
"Yenidən Asiya" təşəbbüsü yanaşması ilə Türkiyənin maliyyə sərmayə qoyuluşlarının şaxələndirilməsi, özəl sektorun ticarət potensialının genişləndirilməsi, akademik iş birliyinin gücləndirilməsi və sosial sahədə qarşılıqlı təsirin artırılması məqsəd götürülüb. Banqladeş dinamik iqtisadiyyatı və gənc əhalisi ilə Türkiyə "Yeni Asiya Təşəbbüsü"ndəki kilid tərəfdaşlarından biri kimi seçilir".



Әlaqәli Xәbәrlәr