"Oruç Reis" gəmisinin fəaliyyət müddəti uzadılıb

"Oruç Reis" kəşfiyyat-axtarış gəmisinin Aralıq dənizinin şərqində fəaliyyət göstərəcəyi sahə üçün 15 iyun 2021-ci il tarixinədək davam edəcək yeni "Navtex" (dənizçilərə elan) elan edilib.

1550151

Elana görə, "Oruç Reis" kəşfiyyat-axtarış gəmisinin müddəti 15 iyul 2021-ci ilədək uzadılan Aralıq dənizinin şərqindəki fəaliyyətlərinə "Ataman" və "Cengizhan" adlı gəmilər müşayiət etməyə davam edəcəklər.

"Oruç Reis" gəmisinin daha əvvəl 29 noyabr 2020-dək bölgədə fəaliyyət göstərəcəyi bəyan edilmişdi. 

“Oruç Reis” kəşfiyyat-axtarış gəmisi kontinental sahə və təbii resurs axtarışları başda olmaqla, 2 və 3 ölçülü bir sıra araşdırmalar aparmaq imkanı olan mexanizmlərə malikdir. Belə ki, gəmi 8 min metr dərinliyə qədər 3 ölçülü, 15 min metr dərinliyə qədər isə 2 ölçülü seysmik əməliyyatlar reallaşdırır. “Oruç Reis” dünyada tam təchizatlı və çoxməqsədli nadir araşdırma gəmilərindən biridir.

Әlaqәli Xәbәrlәr