TBMM-nin sədri Mustafa Şentop Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycanı "Zəfər Günü" münasibətilə təbrik edib.

1543196
TBMM-nin sədri Mustafa Şentop Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

"Vətən müharibəsində böyük bir qələbə qazanan can Azərbaycanın Zəfər Günü münasibətilə təbrik edir, Qarabağda Azərbaycan Türkünün bayrağını dalğalandırmaq, zülmə və işğala son qoymaq üçün şəhid olan 2783 qəhrəmanımıza Allahdan rəhmət diləyirəm. İki dövlət, bir millət. . ." .
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycanın Zəfər Günü münasibətilə "Twitter" səhifəsindəki paylaşımında deyib.

Şentopun paylaşımında  Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin Bakının məşhur Azadlıq meydanında Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi münasibətilə təşkil edilən Zəfər paradı mərasimində çəkilmiş bir fotoşəkili yer alıb.

Prezidentin köməkçisi Fuad Oqtay da Ermənistanın işğalındakı Azərbaycan torpaqlarının azad olunması münasibətilə keçirilən Zəfər paradı münasibətilə təbrik mesaj yayıb.

Fuad Oqtay sosial şəbəkə hesabından etdiyi paylaşımında "44 gün davam edən Vətən müharibəsini qazanaraq təkrar vətəninə qovuşduran qəhrəman Azərbaycan Ordusunu təbrik edirəm. Zəfər Gününü də eləcə. Türkiyə olaraq bundan sonra da bütün imkanlarımızla can Azərbaycanın yanında olmağa davam edəcəyik" ifadələrini işlədib. 



Әlaqәli Xәbәrlәr