R.T.Әrdoğan: ‘‘Bu layihәlәrlә müdafiә sәnayesi sahәsindә yeni bir dövrә qәdәm qoyuruq’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Eskişehirdәki  ‘‘İlk milli helikopter mühәrriki ‘‘TEİ-TS1400’’ün tәhvil vә dizayn mәrkәzinin açılış mәrasıminә videokonfrans yolu ilә qatılıb.

1540116

Mәrasimdә açılış nitqi ilә çıxış edәn Әrdoğan dünyada mühərrik texnologiyası istehsal edәn ölkәlәrin sayının çox az olduğunu ifadә edәrәk TEİ-nin (mühәrrik sәnayesi) mühәrrik istehsal edәn vә satan bir marka olma yolunda әmin addımlarla irәlilәdiyini bildirib.

 Rәcәb Tayyib Әrdoğan bildirib ki, bu layihәlәr ilә müdafiә sәnayesi sahәsindә yeni bir dövrә qәdәm qoyuruq.

Yeni nәsil yüngül zirәhli texnikalar, ‘‘Altay’’ tankı, pilotsuz uçuş aparatları vә raketlәrin mühәrriklәrini dә istehsal etdiklәrini bildirәn Әrdoğan qarşıdakı zamanda bu mühәrriklәri inventara daxil etmәyә başlayacaqlarını bildirib.

Әlaqәli Xәbәrlәr