"Türkiyə həmişə Fələstin xalqının yanında olacaq", M. Çavuşoğlu
Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin həmişə Fələstin xalqının yanında olacağını bildirib.

"Türkiyə həmişə Fələstin xalqının yanında olacaq".
Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabından "Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü" üçün etdiyi paylaşımda deyib.
Nazir Çavuşoğlu paylaşımında "Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günündə fələstinli qardaşlarımızı qəlbən dəstəkləyirik. Bu dava bizim davamızdır. Fələstin xalqının haqlı mübarizəsində hər zaman yanında olacağıq" ifadəsindən istifadə edib.
Xarici İşlər Nazirliyinin "Twitter" hesabından edilən paylaşımda da "Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günündə Fələstinin haqlı mübarizəsinə sadiq olduğumuzu ən güclü şəkildə təsdiqləyirik. Qardaş Fələstin xalqının məruz qaldığı tarixi ədalətsizliyin dimi olaraq həllini tapması istiqamətindəki səylərimiz davam edəcək" deyə bildirilib.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (26 fevral)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 74 ölüm faktı qeydə alınıb.