Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  ‘‘TRT World Forum 2020’’dә çıxış  edәcәk

Türkiyә prezideni Rәcәb Tayyib Әrdoğan  ‘‘TRT World Forum 2020’’nin  1-2 dekabr tarixlәrindә ‘‘Pandemiyadan Sonra Dünyada Beynәlxalq Nizam vә Dәyişәn Dinamikalar’’ başlığı altında keçirilәcәk iclasında açılış nitqi ilә çıxış edәcәk.

1536004
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  ‘‘TRT World Forum 2020’’dә çıxış  edәcәk

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan ‘‘TRT World Forum 2020’’dә çıxış edәcәk.

Türkiyә prezideni Rәcәb Tayyib Әrdoğan  ‘‘TRT World Forum 2020’’nin  1-2 dekabr tarixlәrindә ‘‘Pandemiyadan Sonra Dünyada Beynәlxalq Nizam vә Dәyişәn Dinamikalar’’ başlığı altında keçirilәcәk iclasında açılış nitqi ilә çıxış edәcәk.

Dünyanın müxtәlif ölkәlәrindәn olan liderlәr, mütәxәssislәr, akademiklәr vә rәsmilәr koronavirus epidemiyasından sonra dәyişәn tarazlığı  ‘‘TRT World Forum 2020’’dә müzakirә edәcәk.  Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan TRT tәrәfindәn 1-2 dekabr tarixlәrindә onlayn qaydada  keçirilәcәk tәdbirdә hәr il olduğu kimi  fәxri qonaq qismindә iştirak edәcәk.

2017-ci ildәn etibarәn keçirilәn  ‘‘TRT World Forum’’un bütün iclaslarına  qatılaraq Türkiyә vә dünya gündәmini zәbt edәn mövzularla bağlı bәyanatlar verәn Әrdoğanın bu il dә әhәmiyyәtli bәyanatlar vermәsi gözlәnilir.

Dövlәt rәsmilәri ‘‘TRT World Forum 2020’’dә bir araya gәlәcәk.

‘‘TRT World Forum 2020’’dә Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun, Prezident Aparatının sözçüsü İbrahim Kalın, Sәnaye vә Texnologiya naziri Mustafa Varank vә Xarici İşlәr naziri Mövlud Çavuşoğlu da iştirak edәcәklәr. Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altunun tәdbir  çәrçivәsindә  dünya gündәmini zәbt edәn әhәmiyyәtli mövzuları qiymәtlәndirmәsi gözlәnilir. Forumda vacib mәsәlәlәrin gündәmә gәlmәsi nәzәrdә tutulur.

Dövlәt rәsmilәri ‘‘Pandemiyadan sonra dünyada beynәlxalq nizam vә dәyişәn dinamikalar’’ başlığı altında keçirilәcәk tәdbir çәrçivәsindә keçirilәcәk iclaslara qatılacaq. İbrahim Kalın ‘‘Pandemiya dövründә çox qütblü dünya: qlobal әmәkdaşlığın gәlәcәyi’’, Mövlud Çavuşoğlu ‘‘Dövlәtlәrarası münasibәtlәrdә Covid-19-dan sonra yeni dövr’’ vә Mustafa Varank ‘‘Pandemiyadan sonra dünyada texnolojinin gәlәcәyi’’ mövzusunda  baş tutacaq iclaslara qatılaraq qlobal problemlәri qiymәtlәndirәcәklәr.

TRT World Forum 2020 –yә qeyd olmaq vә tәdbirlә bağlı әtraflı mәlumat әldә etmәk üçün  www.trtworldforum.com  ünvanına müraciәt edә bilәrsiniz.

''TRT World Forum 2020'' tәqdimat filmi:

https://wetransfer.com/downloads/05f3e6016b338ea52ae118ba47bceda120201128061740/fba6f0



Әlaqәli Xәbәrlәr