Mövlud Çavuşoğlu Maldiv adaları vә Çadın XİN rәhbәrlәri ilә görüşüb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu İslam Әmәkdaşlı Tәşkilatının nazirlәr sәviyyәsindәki 47-ci iclasına qatılmaq üçün sәfәr etdiyi Nigerin paytaxtı Niameydә Maldiv adalarının vә Çadın xarici işlәr nazirlәri ilә görüşüb.

1535361

Diplomatik mәnbәlәrin yaydığı mәlumata әsasәn, Mövlud Çavuşoğlu İslam Әmәkdaşlıq Tәşkilatının nazirlәr sәviyyәsindәki 47-ci iclasına qatılmaq vә ikitәrәfli görüşlәr keçirmәk  üçün Nigerin paytaxtı Niameyә sәfәr edib.

Nazir Mövlud Çavuşoğlunun hava limanında Niger xarici işlәr naziri Kalla Ankourao tәrәfindәn qarşılandığı bildirilib.

Mövlud Çavuşoğlu daha sonra iclas çәrçivәsindә Çad xarici işlәr naziri Amine Abba Sidick vә Maldiv adalarının xarici işlәr naziri Abdullah Shahid ilә ikitәrәfli görüşlәr keçirib.

Rәsmi ‘‘Twitter’’ sәhifәsindә iclasla bağlı paylaşım edәn Mövlud Çavuşoğlu Çad xarici işlәr naziri ilә sәmimi görüş keçirdiyini vurğulayıb.Çavuşoğlu deyib: ‘‘İslam Әmәkdaşlıq Tәşkilatının yeni Baş katibinin müәyyәn edәcәk seçkilәri müzakirә etdik. Çadlı qardaşlarımıza tәhsil vә inkişafla bağlı dәstәyimiz davam edәcәk’’.

Çavuşoğlu hәmçinin Maldiv adalarının xarici işlәr naziri Shahid ilә görüşdüyünü açıqlayaraq deyib:  ‘‘İqtisadiyyat, ticarәt, kәnd tәsәrrüfatı vә tәhsil sahәlәri başda olmaqla әmәkdaşlığımızı hәr sahәdә inkişaf etdirәcәyik. Türk Hava Yollarının Maleyә hәyata keçirdiyi uçuşlar ölkәlәrimiz arasındakı turizmә әhәmiyyәtli töhfәlәr verәcәk’’.

Әlaqәli Xәbәrlәr