Müdafiə naziri Hulusi Akar Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsinə reaksiya verib

Milli Müdafiə naziri Hulusi Akar Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsinə münasibət bildirib və qənaməni pisləyib.

1534919
Müdafiə naziri Hulusi Akar Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsinə reaksiya verib

Milli Müdafiə naziri Hulusi Akar Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsinə münasibət bildirib və qətnaməni pisləyib.

“Fransa Senatının qəbul etdiyi qətnamə Qarabağ probleminin niyə 30 ildir həllini tapmadığının açıq göstəricisidir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq bitərəf olmalıdır. Bu qətnamə isə bunun belə olmadığını, Fransanın Dağlıq Qarabağ məsələsində həllin yox, problemin bir parçası olduğunu bir daha göstərdi”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Cümhuriyyəti"ni tanıyan qətnaməni təsdiq edib.

 305 senator qondarma qurumun “tanınması” ilə bağlı qətnamənin lehinə səs verib. Yalnız bir nəfər buna qarşı çıxıb.

Qərarda Fransanın ermənilərə qarşı humanitar yardım göstərməsi və Dağılıq Qarabağda işlənən "müharibə cinayətləri" ilə bağlı beynəlxalq istintaq başlanmasını tələb etməsinin vacibliyi dilə gətirilib. 



Әlaqәli Xәbәrlәr